Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 734; 2025, № 10, maddə 993, № 12 (II kitab), maddə 1257) ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”ın 159.1-ci və 160.1-ci bəndlərinin birinci cümlələrində “(elektron və ya yazılı formada)” sözləri “(məişət istehlakçıları elektron və ya yazılı, qeyri-məişət istehlakçıları elektron formada)” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 16 ” “ iyun ” 2026-cı il

№ 181

Nazirlər kabinetinin qərarları