Gürcüstanda 94 əcnəbi ölkədən deportasiya edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanda son günlərdə görülən tədbirlər nəticəsində 94 xarici ölkə vətəndaşı deportasiya edilib.

XQ xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Türkmənistan, Hindistan, Azərbaycan, Pakistan, Misir, Nigeriya, Çin, Özbəkistan, Əlcəzair, Banqladeş, İordaniya, Livan, Tacikistan, Uqanda və digər dövlətlərin 94 vətəndaşı - ümumilikdə 94 vətəndaş ölkədən deportasiya edilib.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Dünya