Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cari mövsümün ən gərgin idman hadisələrindən biri — kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsi keçiriləcək.
Federasiyadan verilən məlumata görə, yarış 26-28 iyun tarixlərində Hövsan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Paytaxtın güclü oxatanları iki kateqoriya üzrə hədəf qarşısına keçərək kubok uğrunda mübarizə aparacaqlar. Yarışın reqlamentinə əsasən, U15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar. Olimpiya sistemi əsasında idarə ediləcək qarşılaşmalarda fərqlənən idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.
Rəsmi proqrama əsasən, iyunun 26-da oxatanların sınaq və hazırlıq atışları, həmçinin U15 kateqoriyası üzrə əsas yarışlar təşkil olunacaq. İyunun 27-də böyüklər kateqoriyasında çıxış edən idmançıların əsas yarış mərhələləri reallaşacaq. Rəqabətin sonuncu günü, yəni iyunun 28-də isə qaliblərin adlarını müəyyən edəcək həlledici final görüşləri və idmançıların mükafatlandırma mərasimi keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ

