Pezeşkian: İran -ABŞ razılaşması 19 iyunda imzalanacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran və ABŞ arasındakı münaqişəyə son qoymağı hədəfləyən razılaşma cümə günü, 19 iyun tarixində imzalanacaq.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Daxili İşlər Nazirliyində keçirilən görüşdə İran-ABŞ razılaşması ilə bağlı açıqlamalar verib: “Həyata keçirilən koordinasiya sayəsində İran və ABŞ arasında razılaşma protokolu cümə günü imzalanacaq”.

Müharibə dövründə ölkəsində heç bir iğtişaş və ya üsyan olmadığını vurğulayan Pezeşkian hökumətin bütün hərbi proses boyunca effektiv idarəetmə nümayiş etdirdiyini qeyd edib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşma əldə edildiyini açıqlamışdı.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də ABŞ ilə razılaşmanı təsdiqləyib və 19 iyunda İsveçrədə anlaşma memorandumunun imzalanacağını bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya