Cənubi Koreyanın ilk qırıcı təyyarəsi "KF-21" uçuş təhlükəsizliyi sınaqlarından keçib

post-img

Cənubi Koreyada istehsal olunan ilk reaktiv qırıcı təyyarə olan “KF-21” uçuşa yararlılıq sertifikatı alıb. Bu barədə ölkənin Müdafiə Satınalmaları Proqramı Agentliyi (DAPA) məlumat yayıb.

Təyyarənin sınaqları 2021-ci ilin aprelindən keçirilirdi. Ötən ay isə “KF-21” döyüşə hazırlıq yoxlamasından uğurla keçib. Bildirilir ki, qırıcı elektron sistemlər və konstruksiya daxil olmaqla 14 istiqamət üzrə müəyyən edilmiş 745 tələbin hamısına cavab verib.

İlk “KF-21” təyyarələri bu ilin ikinci yarısında Hərbi Hava Qüvvələrinə veriləcək. Cənubi Koreya 2032-ci ilədək ordunu ümumilikdə 120 belə qırıcı ilə təmin etməyi planlaşdırır. Bunun 40-ı 2028-ci ilə qədər silahlanmaya qəbul ediləcək, daha sonra isə əlavə 80 təyyarə tədarük olunacaq.

S.ELAY

XQ

Dünya