Almaniya Kansleri: Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatiya pəncərəsi açıla bilər

post-img

Almaniya Kansleri Fridrix Merts Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması üçün dialoqun başlanması imkanını proqnozlaşdırır. Onun sözügedən bəyanatını "The Guardian" nəşri yayıb.

"Böyük Yeddilik" (G7) sammiti ərəfəsində Merts bildirib ki, Rusiya və Ukrayna arasında atəşkəs məsələsində "ilk dəfə olaraq diplomatiya üçün pəncərə açıla bilər".

"Rusiya hərbi yolla qələbə qazana bilməz. Onun iqtisadiyyatı zəifləyib. Mən bunu son dərəcə ehtiyatla deyirəm: burada ilk dəfə olaraq, bəlkə də, tədricən diplomatiya üçün pəncərə açılır", - kansler əlavə edib.

Merts vurğulayıb ki, bu mövzunu 15-17 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçiriləcək G7 sammitində iştirak edəcək ABŞ Prezidenti Donald Tramp ilə müzakirə etmək niyyətindədir.

S.ELAY

XQ

Dünya