ABŞ-ın aparıcı texnologiya şirkətlərinin kibertəhlükəsizlik rəhbərləri, o cümlədən “Nvidia” və “Adobe”, Tramp administrasiyasından “Anthropic” şirkətinin güclü süni intellekt modellərinə qoyulan məhdudiyyətlərin ləğvini istəyiblər.
Onların fikrincə, bu qadağalar kibertəhlükəsizlik mütəxəssislərinin proqramlardakı boşluqları aşkar edib aradan qaldırmasına mane olur.
"Reuters" xəbər verir ki, ABŞ hökuməti milli təhlükəsizlik səbəbi ilə “Anthropic”in “Fable 5” və “Mythos 5” modellərinin xarici istifadəçilər üçün əlçatanlığını məhdudlaşdırıb. Şirkət isə bildirib ki, bu modellər artıq güclü təhlükəsizlik sistemləri ilə qorunur.
Təhlükəsizlik ekspertləri hesab edirlər ki, “Anthropic” modelləri unikal deyil və Çin istehsalı olan digər süni intellekt modelləri də oxşar imkanlara malikdir. Onların sözlərinə görə, ABŞ-ın bu addımı yerli kibertəhlükəsizlik sahəsini zəiflədə və Çinlə rəqabətdə geridə qalmasına səbəb ola bilər.
Mütəxəssislər həmçinin bildiriblər ki, hökumətin qərarı kifayət qədər əsaslandırılmayıb və məsələyə həddindən artıq sərt reaksiya verilib.
Qeyd edək ki, “Anthropic” hazırda süni intellekt sahəsində ən böyük şirkətlərdən biri hesab olunur və gələcəkdə birjada səhmlərini satışa çıxarmağa hazırlaşır.
S.ELAY
XQ

