Azərbaycan xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Əsr-əsr, qərinə-qərinə igid ərənlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. Birinci Qarabağ savaşı da yüzlərlə milli qəhrəman yetirmişdir ki, bunlardan biri də Şakir Salahodur. O, Xocalı şəhərinin müdafiəsində və erməni qüvvələrinin hücumlarının qarşısının alınmasında mühüm rol oynamışdır.
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 35 il ötməsinə baxmayaraq, faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.
Salahov Şakir Şamil oğlu 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.
Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli kəndləri arasındakı “Darlı” adlanan yerdə “UAZ” markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hərkəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır.
Bu gün Faiqin ruhu şaddır. 44 günlük Vətən müharibəsində sanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Odur ki, Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.
Müşfiq MİRZƏ
XQ

