Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Portuqaliyanın Montemor-u-Velyu şəhərində təşkil olunan kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan idmançısı Boqdan Kurudz növbəti dəfə uğurlu çıxışı ilə diqqət çəkib.
XQ xəbər verir ki, 35–39 yaş kateqoriyasında mübarizə aparan kanoeçi birnəfərlik qayıqda 200 metr məsafə üzrə keçirilən yarışda bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb.
Bu, Boqdan Kurudzun sözügedən Avropa çempionatında qazandığı ikinci çempionluq tituludur. Azərbaycan təmsilçisi bundan əvvəl də birnəfərlik kanoe qayığında 500 metr məsafə üzrə yarışda birinci yeri tutaraq Avropa çempionu adına layiq görülmüşdü.

