Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Slovakiyanın Azərbaycandakı səfirliyi rəsmi Bakını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
XQ xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında paylaşım edilib.
"Slovakiya Respublikasının Bakıdakı Səfirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırır. Azərbaycana davamlı sülh, sabitlik və tərəqqi arzulayırıq",- paylaşımda bildirilib.


