Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Laos Xalq İnqilab Partiyası adından mən Şuşa şəhərində keçirilən bu beynəlxalq tədbirdə iştirak etməkdən böyük şərəf və məmnunluq duyuram. Bu tədbirin qlobal təhlükəsizliyin gücləndirilməsi və Cənubi Qafqazda sülhün qurulmasına mühüm töhfə verəcəyinə inanıram.

XQ xəbər verir ki, bu fikirləri Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komitəsinin Tədqiqat və çoxtərəfli əlaqələr departamentinin baş direktoru Sayavonq Bounyadet “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.

O bildirib ki, Laos və Azərbaycan arasında əməkdaşlıq da daxil olmaqla bu əlaqələr sülhün, sabitliyin və qlobal inkişafın təşviqi üçün mühüm mexanizm kimi çıxış edir.

"Cənubi Qafqaz böyük strateji əhəmiyyətə malik regiondur. O, Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır. Bu regionlarda sülh və sabitliyin qorunması təkcə ölkələr üçün deyil, həm də beynəlxalq təhlükəsizlik üçün vacibdir", - deyə Laos rəsmisi vurğulayıb.

Siyasət