Tramp İranda hakimiyyət dəyişikliyi barədə heç vaxt düşünmədiyini bəyan edib

post-img

ABŞ Prezidenti Donald Tramp İranda heç vaxt hakimiyyət dəyişikliyinə can atmadığını iddia edir. Bu bəyanat "The Wall Street Journal" qəzetinə verilən müsahibədə səslənib.

"Rejim dəyişikliyinə gəlincə, bu, məni heç vaxt narahat etməyib", - deyə Donald Tramp bildirib. Saziş üzrə razılığın əldə olunmasını şərh edərkən o qeyd edib ki, "hazırda bu, qarşılıqlı fəaliyyət göstərməli olduğumuz artıq üçüncü (danışıqlar) qrupdur və onlar hamısının içində ən rasional olanıdır".

"The New York Times" qəzeti isə yazırdı ki, ABŞ və İsrail İrana qarşı əməliyyatın başlanğıcında ölkədə keçmiş prezident Mahmud Əhmədinəjadı hakimiyyətə gətirməyi planlaşdırıblar. Qəzetin mənbələri qeyd edirdilər ki, ABŞ İranda daha kompromisə meylli bir rəhbərlik qurmağa ümid edirdi, lakin cənab Əhmədinəjad bu layihədə iştirak etməkdən imtina edib.

ABŞ və İran iyunun 15-nə keçən gecə sülh razılaşmalarının əldə olunduğunu elan ediblər. Memorandumun imzalama mərasimi iyunun 19-da Cenevrədə planlaşdırılır. Saziş hərbi əməliyyatların, o cümlədən Livanda dayandırılmasını, İrana qarşı dəniz blokadasının qaldırılmasını və Hörmüz boğazında azad gəmiçiliyin bərpasını nəzərdə tutur. Rəsmi saziş bağlandıqdan sonra tərəflər münaqişənin yekun tənzimlənməsi üçün 60 günlük danışıqlara başlayacaqlar.

S.ELAY

XQ

Dünya