Trampdan açıqlama: Hörmüz boğazında bütün məhdudiyyətlər aradan qaldırıldı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası ilə əldə olunan yeni sazişin yekunlaşdığını açıqlayıb. O, bu barədə “Truth Social” platformasında paylaşım edərək razılaşmanın regional və qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tramp bildirib ki, əldə edilən razılaşma çərçivəsində Hörmüz boğazında tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır və beynəlxalq gəmiçiliyin maneəsiz fəaliyyəti üçün şərait yaradılır.

“Bu münasibətlə hər kəsi təbrik edirəm. Hörmüz boğazının sərbəst istifadəsinə icazə verirəm və ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadasının dərhal dayandırılması barədə göstəriş verirəm. Dünya gəmiləri mühərriklərinizi işə salın, neft yenidən qlobal bazarlara axmağa başlasın”, – deyə Tramp paylaşımında qeyd edib.

Müşahidəçilərin fikrincə, bu addım beynəlxalq ticarət marşrutlarının normallaşmasına, enerji bazarlarında sabitliyin güclənməsinə və neft qiymətlərindəki təzyiqlərin azalmasına təsir göstərə bilər. Hörmüz boğazı dünya neft daşımalarının əhəmiyyətli hissəsinin həyata keçirildiyi strateji su yolu hesab olunur və burada yaranan hər hansı gərginlik qlobal iqtisadiyyata birbaşa təsir edir.

Dünya