Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri gözlənilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur.

XQ xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.

O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Siyasət