Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"UFC Freedom 250" tədbiri baş tutub.
XQ xəbər verir ki, gecənin əsas döyüşündə İliya Topuriya (17-1) və Castin Qeyci (28-5) üz-üzə gəlib.
Qeycinin 3-cü raundda vurduğu yumruq zərbəsi görüşdə həlledici olub. Topuriya 4-cü raund bitəndən sonra döyüşə davam edə bilməyib.
Beləliklə, yüngül çəkidə kəmərin yeni sahibi C. Qeyci olub. Bu, eyni zamanda Topuriyanın karyerasında ilk məğlubiyyəti olub.
Ağır çəkidə müvəqqəti kəmər uğrunda isə Siril Qan və Aleks Pereyra qarşılaşıb.
Qan ikinci raundda rəqibini nokauta uğradıb.
Qeyd edək ki, iyunun 27-də Bakıda "UFC Fight Night" baş tutacaq.

