Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kürdəmir rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon konsert proqramı təşkil edilib.
XQ xəbər verir ki, tədbirdə 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu qeyd edilib.
Bildirilib ki, həmin gün ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılmasında və sabitliyin bərqərar olunmasında mühüm rol oynayıb. Çıxışlarda vurğulanıb ki, ümummilli lideri müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan bugün regionun lider dövləti və beynəlxalq aləmdə söz sahibi olan ölkədir. O da qeyd olunub ki, Heydər Əliyevin ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Tədbir incəsənət nümayəndələrinin təqdim etdiyi konsert proqramı və atəşfəşanlıqla başa çatıb.












