Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yeni texnoloji cihaz dərinliyi və məsafəni məhz tullanan hörümçəklərin ov etməzdən əvvəl məsafəni dəqiqliklə hesablaması prinsipi ilə təyin edir. Sistemi idarə edən alqoritm eyni səhnənin bir az fərqli fokus parametrləri ilə iki şəklini çəkir və bu iki təsvir arasındakı cüzi bulantılıq (görüntü dumanlılığı) fərqlərini ölçərək məsafəni hesablayır.
"SpiderCam"ın ən böyük üstünlüyü onun olduqca az enerji işlətməsidir. Kameranın prototipi saniyədə 32,5 kadr sürətlə dərinlik xəritələri hazırlayır və bu zaman cəmi 624 millivat (standart gecə lampasından daha az) enerji sərf edir. Bu yüksək səmərəlilik birbaşa daxilinə xüsusi emal alqoritmi inteqrasiya edilmiş unikal çip sayəsində mümkün olub. Belə bir arxitektura məlumatları adi mərkəzi prosessorlardan qat-qat sürətli və qənaətlə emal edir. "SpiderCam" dünyada bu növ çip üzərində qurulan və enerji istehlakı 1 vatdan az olan ilk passiv 3D kamera modelidir.
Mühəndislər gələcəkdə kameranın optikasını təkmilləşdirməyi, görmə bucağını genişləndirməyi və bu texnologiyanı geyilə bilən cihazlara həmçinin kiçik ölçülü robotlara inteqrasiya etməyi planlaşdırırlar. Belə bir yığcam kamera daimi elektrik şəbəkəsinə qoşulma imkanı olmayan çöl şəraitində, eləcə də ətrafdakı obyektlərin yerini nöqtəbənöqtə təyin etməli olan artırılmış reallıq (AR) sistemlərində əvəzedilməz funksiya yerinə yetirəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

