Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistanda parlıament seçkiləri Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının qələbəsi ilə başa çatıb. Son nəticələr elan edildikdən sonra Paşinyan bildirib ki, “Üçbaşlı müharibə partiyası” darmadağın edildi”.
Onun sözlərinə görə, bunlar parlamentə düşmək üçün səs qazana bilmiş “Güclü Ermənistan” bloku, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” partiyasıdır. Paşinyan onların məğlub edildiyini söyləyib: “Xalq Ermənistan Respublikasında üçbaşlı müharibə partiyasının və onu müşayiət edən cinayətkar oliqarx sisteminin aradan qaldırılması üçün iradəsini açıq şəkildə ifadə edib. Əlbəttə, bu, siyasi əksəriyyətin və hökumətin ən vacib vəzifələrindən biri olacaq və biz bunu təxirə salmadan, çox qətiyyətli, aydın addımlarla həyata keçirməliyik”.
P.ƏMİRCANOV
XQ

