Azad olunan torparlarda 1545.7 hektar ərazi minalardan təmizlənib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatına istinadən xəbər verir ki, azad olunan ərazilərdə iyunun 1-dən 7-nə qədər  həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları zamanı 101 tank əleyhinə mina, 48 piyada əleyhinə mina, 412 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 1545.7 hektar ərazi minalardan təmizlənib.

Məlumata görə, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Nurəngiz Adilqızı
XQ

 

Sosial həyat