Ötən həftə FHN 443 yanğına çıxış edib, 7 nəfərin meyiti təhvil verilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 443 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-yə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 58 nəfər xilas edilib, yanğınlar zamanı 15 nəfər təxliyə olunub, hadisələrlə bağlı 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib

Sosial həyat