Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələri üçün “DOST Çağrı Mərkəzi 142” MMC-yə infotur təşkil edilib.

İnfoturun məqsədi iştirakçıları DOST Çağrı Mərkəzi 142-nin fəaliyyət mexanizmi, vətəndaş müraciətlərinin qəbulu və cavablandırılması prosesi ilə yaxından tanış etmək olub.

Tədbir çərçivəsində qonaqlar DOST Çağrı Mərkəzi 142-nin fəaliyyət göstərdiyi iş sahələrinə baxış keçirib, operatorların iş prosesini izləyib və müraciətlərin qəbulundan cavablandırılmasına qədər olan mərhələlərlə yerində tanış olublar.

Daha sonra iştirakçılar üçün təqdimat keçirilib. Təqdimatda DOST Çağrı Mərkəzi 142-nin fəaliyyət istiqamətləri, sosial sahələr üzrə müraciətlərin operativ şəkildə qəbul və cavablandırılması mexanizmləri, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Həmçinin, daxil olan müraciətlərin DOST xidmətləri ilə əlaqələndirilməsi və icra prosesinin koordinasiyası məsələlərinə toxunulub.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Vətəndaş cəmiyyəti nümayəndələri çağrı mərkəzinin fəaliyyəti, rəqəmsal xidmətlərin inkişafı və vətəndaş müraciətlərinin idarə olunması ilə bağlı fikir və təkliflərini bölüşüblər. Onları maraqlandıran suallar cavablandırılıb.













Sosial həyat