Pakistan ordusu 27 yaraqlını məhv edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Pakistan ordusu Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində keçirilən əməliyyatlar zamanı 27 yaraqlının öldürüldüyünü bildirib.

Məlumatı “Anadolu” verib. 

Pakistan təhlükəsizlik xidmətlərinin (ISPR) açıqlamasına görə, son 72 saat ərzində Miranşah ərazisində “Hindistan tərəfindən dəstəklənən yaraqlılara” qarşı əməliyyatlar aparılıb. Hesabatda qeyd olunur ki, İslamabadın Hindistanla əlaqəli hesab etdiyi 27 yaraqlı gərgin toqquşmalardan sonra aparılan kəşfiyyat əməliyyatları zamanı öldürülüb.

Hərbçilərin sözlərinə görə, öldürülən şəxslər terror fəaliyyətlərində iştirak ediblər və mülki şəxslərə hücumlar həyata keçiriblər. Əməliyyat zamanı çoxlu sayda silah və sursat da müsadirə edilib.

Pakistanda silahlı hücumlar ən çox Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva və Bəlucistan əyalətlərində baş verir.

P.ƏMİRCANOV
XQ

Dünya