Gürcüstanın Baş naziri Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

post-img

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyani seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Kobaxidze təbrik mesajında Paşinyana gələcək fəaliyyətində uğurlar arzulayıb, Gürcüstanla Ermənistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Təbrik mesajı region ölkələrinin seçkilərin nəticələrinə verdiyi ilk reaksiyalardan biri kimi diqqət çəkir.

Qeyd edək ki, Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə üstünlük əldə edib. Rəsmi nəticələrin açıqlanması prosesi davam edir.

XQ

Son xəbərlər