Paşinyan: Xalq hansı qərarı versə, onu edəcəyəm

post-img

Ermənistan baş naziri Nikol Paşinyan seçki məntəqəsində deyib ki, "Xalq hansı qərarı versə, onu edəcəyəm".

Nikol Paşinyan parlament seçkilərində qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqədə səs verdikdən sonra jurnalistlərlə söhbətində bəzi açıqlamalarla çıxış edib. “Aysor.am” saytının yaydığı məlumatda deyilir ki, baş nazir ölkə vətəndaşlarının seçki qərarını qəbul edərkən dövlətçiliyi, müstəqilliyi, sülhü, övladlarının gələcəyini qorumaq zərurətini rəhbər tutmalı olduqlarını vurğulayıb.

Ermənistan–Rusiya münasibətlərinə toxunan hökumət başçısı iki ölkə arasında heç bir gərginliyin olmadığını, mövcud problemlərin şişirdilməsinin və müzakirə mövzusuna çevrilməsinin süni xarakter daşıdığını bəyan edib: “Ermənistanda fəaliyyət göstərən bəzi destruktiv qüvvələr Ermənistanla Rusiya arasında münasibətlərdə qəsdən gərginlik yaratmağa çalışırlar”.

XQ

Son xəbərlər