Ermənistanda seçki cinayətləri ilə bağlı 209 nəfərə ittiham irəli sürülüb

post-img

Ermənistanın Antikorrupsiya Komitəsi seçki prosesləri ilə əlaqədar cinayət işlərinin araşdırılmasının nəticələrini açıqlayıb.

Komitənin yaydığı məlumata görə, seçki pozuntuları ilə bağlı ümumilikdə 103 cinayət işi başlanıb, onlardan 52-si bir icraatda birləşdirilib.

 İstintaq çərçivəsində 194 nəfər saxlanılıb, 209 şəxs barəsində isə cinayət təqibi başladılıb.
Bildirilir ki, 10 nəfər axtarışa verilib. Təqsirləndirilən şəxslərdən 84-ü barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilib, 85 nəfərə isə alternativ qətimkan tədbirləri tətbiq olunub.
Araşdırmaların nəticəsi olaraq, 45 nəfərin təqsirləndirildiyi 12 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib. İstintaq zamanı 300 nəfər dindirilib.

Komitə qeyd edib ki, aparılan axtarışlar zamanı sənədlər, elektron məlumat daşıyıcıları, gizli texniki qurğular və onların aşkarlanması üçün avadanlıqlar, həmçinin şəxsi məlumatları əks etdirən siyahılar müsadirə olunub.

Məlumat Ermənistanın növbədənkənar parlament seçkilərinə hazırlıq fonunda seçki proseslərinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan tədbirlərin bir hissəsi kimi qiymətləndirilir.

Dünya