Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İran Silahlı Qüvvələri ABŞ-nin Sirik və Qeşm adalarına həyata keçirdiyi hücumlara cavab olaraq Yaxın Şərqdə yerləşən Amerika hərbi obyektlərinə raket zərbələri endirib.
XQ-nin məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
“Mehr” agentliyinin xəbərində bildirilir ki, SEPAH açıqlamasında ABŞ-nin Sirik və Qeşm adalarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq regiondakı ABŞ bazalarının raket hücumlarının hədəfinə çevrildiyi qeyd olunub.

