Bakı Zooloji Parkında Amur pələnginin iki balası doğulub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin iki balası dünyaya gəlib.

XQ xəbər verir ki, bu barədə İDEA İctimai Birliyindən məlumat verilib.

Qeyd edək ki, Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "Qırmızı siyahı"sına və Rusiya Federasiyasının "Qırmızı Kitab"ına daxil edilib.

Azərbaycanın "Qırmızı Kitab"ına daxil olan nəcib maral və ceyranların, eləcə də Dağıstan turu və Hindistan tirəndazının Zooloji Parkın ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılıb.

Maraqlı