Cəlilabadda kitab sərgisi təşkil olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Cəlilabad-da ilk dəfə Kitab Sərgisi təşkil olunub.

XQ-nin məlumatına görə, sərginin açılışında çıxış edən təşkilatçılar bu tədbirin təkcə mədəni bir hadisə deyil, həm də maarifçilik, elm və mənəvi inkişaf baxımından əhəmiyyətli bir platforma olduğunu bildiriblər.

Qeyd olunub ki, sərginin əsas məqsədi əhali arasında mütaliə vərdişlərini gücləndirmək, xüsusilə gənclərin kitaba marağını artırmaq və cəmiyyətdə oxu mədəniyyətinin inkişafına töhfə verməkdir.

Tədbir Heydər Əliyev Seyrəngahı ərazisində keçirilir. Sərgi çərçivəsində yazıçıların imza saatları, müxtəlif təqdimatlar və konsert proqramları təşkil olunur.

Kitab sərgisi iyunun 7-dək davam edəcək. 
 

Mədəniyyət