Azərbaycanlı şair “Abay medalı”na layiq görülüb

post-img

Tanınmış şair-tərcüməçi Akif Əhmədgil Qazaxıstanın nüfuzlu ədəbi mükafatı olan “Abay medalı” ilə təltif olunub.

Həmyerlimiz bu mükafata dünyaşöhrətli qazax şairi və ictimai xadim, Azərbaycan xalqının yaxın dostu Oljas Süleymenovun əsərlərini və Qazaxıstanın xalq şairi Ulugbek Yesdauletin “Ulugbek küçəsi” adlı şeirlər kitabını Azərbaycan dilinə tərcümə etdiyi üçün layiq görülüb.

Nüfuzlu mükafat Akif Əhmədgilə Almatı şəhərində Oljas Süleymenovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq forumda təqdim edilib. O, yubilyara Azərbaycan sazı bağışlayıb.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət