Simonyan Rusiyanı keçmişin səhvlərini təkrarlamamağa çağırıb

post-img

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan "Factor TV"yə verdiyi müsahibədə Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətləri şərh edib və Rusiya Federasiyasını yanlış yolla getməməyə çağırıb.

"EDnews"un məlumatına görə, spiker: "Mən bir dostyana məsləhət vermək istəyirəm: onların (Rusiya tərəfinin – red.) seçdiyi bu fəaliyyət tərzi Ermənistanda işə yaramayacaq və əks-effekt verəcək. Onları keçmişdə etdikləri eyni səhvləri təkrarlamamağa çağırıram", — deyə bildirib.

Bununla yanaşı, Simonyan qeyd edib ki, Ermənistan münasibətlərin gərginləşməsini istəmir, lakin sanksiyalar davam edəcəyi təqdirdə öz iqtisadi xarakterli problemlərini həll edəcək və edə biləcək gücdədir.

XQ

Dünya