Deputatlarımız İstanbul Forumuna qatılacaqlar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai “Sıfır Tullantı Forumu 2026” adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

XQ xəbər verir ki, İstanbul Sıfır Tullantı Həftəsi çərçivəsində keçiriləcək və “Antalyaya gedən yol: Sıfır tullantı iqlim tədbiri kimi” mövzusuna həsr olunmuş Forumda sıfır tullantı və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi, əməkdaşlığın təşviqi, həmçinin bu sahədə müxtəlif sektorlar üzrə dayanıqlı yanaşmaların araşdırılması barədə fikir mübadiləsi aparılacaq.

Sosial həyat