Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin olunub.

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə XQ-yə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Sosial həyat