Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ölkə ərazisində tibbi tullantıların yaratdığı risklərə diqqət çəkmək, bu sahədə hüquqi və ekoloji öhdəliklər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibb müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilib.
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında, Qax Rayon Mərkəzi Xəstəxanasında, Xocəsən Sağlamlıq Mərkəzində keçirilən görüşlər çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları haqqında məlumat verilib.
Qeyd edək ki, sözügedən maarifləndirici görüşlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək ölkədə elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunub.

