Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, istedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq. Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.
Qabil YUSİFOĞLU
XQ

