41 yaşlı sabiq “Qarabağ” futbolçusu vəfat edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Qarabağ”ın keçmiş futbolçusu Caba Dvali 41 yaşında dünyasını dəyişib.

Gürcüstan mətbuatının yaydığı məlumata görə, sabiq hücumçu ürəktutması nəticəsində vəfat edib.

Dvali peşəkar karyerası ərzində Dinamo Tbilisi və Zestafoni klublarında da çıxış edib.

O, 2014-cü ildə Qarabağ FK-ın formasını geyinib. Ağdam təmsilçisinin heyətində cəmi 5 oyunda meydana çıxan futbolçu, həmçinin Gürcüstan milli futbol komandası-nın heyətində bir görüş keçirib.
 
 

İdman