Günəşdə son dövrlərin ən güclü partyayışı qeydə alınıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Günəş səthində "M9.3" bal gücündə güclü partlayış (alışma) baş verib. Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi bəyanatına istinadən xəbər verilir ki, Bakı vaxtı ilə səhər saatlarında qeydə alınan bu partlayış rəsmi kataloqlara görə, cari ilin 24 aprel tarixindən bəri ən güclü Günəş aktivliyi hesab olunur. Aprelin 24-də ard-arda ən yüksək – "X" sinfinə aid iki güclü partlayış baş vermişdi. Son hadisədə isə alışmanın ən təhlükəli "X" sinfinə çatmasına cəmi 7 faiz həd qalıb.

Alimlərin məlumatına görə, Günəşdə aktivliyin intensivliyi iyunun 2-si günorta saatlarından etibarən sürətlə artmağa başlayıb. Həmin vaxtdan bəri ulduzun səthində hər 7 saatdan bir yeni alışmalar qeydə alınır.

Mütəxəssislər növbəti – artıq maksimal "X" səviyyəli partlayışın bu gün (çərşənbə günü) günorta saatlarında baş verə biləcəyini proqnozlaşdırırlar. Bununla belə, hələlik kosmosa atılan plazma kütləsinin birbaşa Yer kürəsinə doğru istiqamətlənmədiyi bildirilir. Bu səbəbdən mövcud Günəş aktivliyi planetimiz və maqnit sahəmiz üçün hələ ki, tam təhlükəsiz hesab olunur.

Arzu Əliyeva
XQ

Maraqlı