Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan bu il bilyard üzrə 2 beynəlxalq turnirə ev sahibliyi edəcək.
Bilyard Federasiyasından XQ-yə verilən məlumata görə, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa çempionatı Bakıda təşkil olunacaq.
Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçiriləcək. Qitə çempionatı isə 8-12 iyulda baş tutacaq.
Qeyd edək ki, hər iki yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyi ilə “Strike for Glory!” şüarı altında keçiriləcək.

