Azərbaycan və Almaniya biznes dairələri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin (Ost-Ausschuss der Deutschen Wirtschaft) sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib.

XQ xəbər verir ki, işgüzar görüşdə həmçinin Assosiasiyaya üzv olan "EVERLLENCE SE" və "CMS Hasche Sigle mbB" şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı qonaqlara Azərbaycanda mövcud olan əlverişli investisiya imkanları barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda, nümayəndə heyəti ilə gələcək iqtisadi və ticari əməkdaşlıq istiqamətləri, o cümlədən potensial tərəfdaşlıq əlaqələrinin qurulması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Beynəlxalq tərəfdaşlarla bu cür davamlı dialoqların qurulması və inkişaf etdirilməsi ölkəmizin iqtisadi potensialının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyat