Azərbaycanlı alim Bişkekdə keçirilən Beynəlxalq Simpoziumda 2 məruzə ilə çıxış edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsindəki Mütəxəssislər Assosiasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, Assosiasiyanın İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan may ayında Bişkekdə keçirilən Orqan Donasiyası və Transplantasiyasına həsr olunmuş Beynəlxalq Simpoziumda iki məruzə ilə çıxış edib. 

Türk Dünyası Transplantologiya Cəmiyyətinin təşkil etdiyi tədbirə 16 ölkədən aparıcı mütəxəssis qatılıb. Rəşad Şolan simpoziumda Azərbaycanda böyrək transplantasiyası sahəsindəki elmi tədqiqatlarının nəticələrini beynəlxalq auditoriyaya təqdim edib.

XQ





Elm