Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Livanın Kavaşra kəndində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunan  tədbir keçirilib. 

XQ xəbər verir ki, tədbirdə Kavaşra Bələdiyyəsinin sədri Məhəmməd Xalid Abdulla, Kavaşra Gənclər Komitəsinin sədri Abdul Qadir Xodr və komitə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim “Azərbaycan Evi”nin şagirdlərinin hazırladığı bədii proqramla davam edib. Proqramda Azərbaycanın müstəqillik tarixi, dövlətçilik ənənələri və Müstəqillik Gününün əhəmiyyəti barədə təqdimat nümayiş olunub. 

Yeniyetmə və gənclərin söylədiyi “Azərbaycan” və “28 May” şeirləri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. 

Sonda belə görüşlərin Azərbaycan ilə Livan arasında dostluq münasibətlərinin, mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb, tədbirin təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkür ifadə olunub.

















Sosial həyat