Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Anura Kumara Dissanayake
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

