Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsi başlanır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026–2027-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

XQ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, elektron sənəd qəbulu 3–10 iyun tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az platforması vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

Təhsil