Şəhid övladlarına DİM tərəfindən metodik vəsaitlər paylanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Dövlət İmtahan Mərkəzi (DİM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarına tədris və metodik vəsaitlər hədiyyə edib.

DİM-dən XQ-yə bildirilib ki, mərkəzin “Abituriyent” jurnalının redaksiyası tərəfindən nəşr olunan tədris materialları 6–14 yaş aralığında olan şəhid övladlarına təqdim olunub. Layihə çərçivəsində ölkə üzrə ümumilikdə 1368 şəhid övladı üçün müxtəlif yaş qruplarına uyğun 44 adda 3251 ədəd kitab ayrılıb. Vəsaitlər Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində təhsil alan şəhid övladlarına çatdırılır.

Qeyd olunub ki, bu təşəbbüs şəhid ailələri və onların övladlarına dövlət tərəfindən göstərilən diqqət və qayğının tərkib hissəsidir. Eyni zamanda layihə uşaqların təhsilə marağının artırılması, bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi məqsədi daşıyır.

DİM gələcəkdə də sosial həssas qrupların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.















Təhsil