Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Zirə” futbol klubunun braziliyalı müdafiəçisi Enrike Kustodio vətəni Braziliyada ön çarpaz bağından cərrahi əməliyyat olunub.
Bu barədə XQ-yə klubun mətbuat xidmətindən məlumat verilib.
Klubdan bildirilib ki, futbolçu artıq əməliyyat mərhələsini uğurla geridə qoyub və hazırda bərpa prosesinə başlayıb. Tibbi qiymətləndirmələrə əsasən, Enrike Kustodionun yaşıl meydanlara dönüşünün təxminən 6–8 ay çəkəcəyi gözlənilir.
Müdafiəçinin bu müddətdə reabilitasiya proqramı üzrə xüsusi nəzarət altında müalicəsini davam etdirəcəyi qeyd olunur.

