ABŞ-İran danışıqları yenidən dalana dirənib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Son günlər ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün İranla bağlanan müqavilənin şərtlərini sərtləşdirdiyi barədə xəbərlər ABŞ-İran münasibətlərində gərginliyi artırıb. ABŞ mediası xəbər verir ki, Tramp Tehrana mümkün anlaşma memorandumunun yenilənmiş versiyasını göndərib.

Məlumatı “Euronews” verib. 

Tramp bildirib ki, onun prioritetlərinə İranın nüvə silahı hazırlamasının qarşısını almaq və müharibənin başlanğıcından bəri İranın blokada etdiyi Hörmüz boğazının yenidən açılması daxildir.

İranın baş danışıqçısı Məhəmməd Bağır Qalibaf dövlət televiziyası ilə müraciətində bildirib ki, “İran xalqının hüquqlarına hörmət edildiyinə əmin olana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik”.

“Tasnim” xəbər agentliyinin məlumatına görə, mətnlə bağlı təklif mübadiləsi “hər iki tərəfin müntəzəm olaraq düzəlişlər etməsi ilə davam edir”.

İranın xarici işlər naziri Abbas Araqçi isə bildirib ki, “tərəflər dəqiq bir nəticəyə gələnə qədər... indi deyilənlərin hamısı sadəcə fərziyyədir”.

İran mediasının məlumatına görə, Tehran nüvə proqramı ilə bağlı birmənalı danışıqlara başlamazdan əvvəl 12 milyard dollarlıq aktivlər üzərindən embarqonun aradan qaldırılmasının vacibliyini bildirir və Trampın zənginləşdirilmiş uran ehtiyatlarının məhv ediləcəyi ilə bağlı iddialarını “əsassız” adlandırır.

P.ƏMİRCANOV
XQ

Dünya