Finlandiya xokkeyçiləri tarix yazdı: 5-ci dəfə dünya çempionu oldular

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Finlandiya milli xokkey komandası dünya çempionatının finalında İsveçrə yığmasını minimal hesabla məğlub edərək çempion adını qazanıb.

XQ xəbər verir ki, İsveçrədə keçirilən həlledici görüşdə əsas və əlavə vaxtda qalib müəyyən olunmayıb. Qarşılaşmanın taleyini əlavə vaxtın 71-ci dəqiqəsində Konsta Heleniusun vurduğu yeganə qol həll edib.

Bu nəticə ilə Finlandiya milli komandası tarixində beşinci dəfə dünya çempionu titulunu əldə edib. Skandinaviya təmsilçisi daha əvvəl 1995, 2011, 2019 və 2022-ci illərdə də dünya çempionatının qızıl medalına sahib çıxmışdı.

Finlandiyanın bu qələbəsi komandanın son illərdə beynəlxalq arenada sabit və güclü performansını bir daha təsdiqləyib. Turnir boyu yüksək oyun intizamı və müdafiə sabitliyi ilə seçilən komanda finala qədər inamlı çıxış nümayiş etdirib.

İdman