Yaponiyada əlverişsiz hava şəraiti səbəbindən bir sıra aviareyslər ləğv edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

 

Yaponiyada tayfun səbəbindən 290 aviareys ləğv olunub. 

XQ xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, ləğv edilən reyslər mayın 31-dən iyunun 2-dək Okinavadan uçmalı və ya həmin bölgəyə enməli olan təyyarələrə aiddir.

Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, tayfunun episentri hazırda Okinavanın cənubunda yerləşir və şimal istiqamətində hərəkət edir.
 

Dünya