Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində vəba sürətlə yayılmağa davam edir. May ayının əvvəlindən bəri xəstəlik səbəbindən azı 37 nəfər həyatını itirib, 3000-dən çox yoluxma halı qeydə alınıb.
XQ “Punch” qəzetinə istinadən xəbər verir ki, epidemiya artıq ştatın 36 rayonunu əhatə edib. Nigeriya Səhiyyə Nazirliyi vəziyyətin nəzarətdə saxlanılması üçün beynəlxalq tərəfdaşlarla birgə tədbirləri gücləndirib.
Məlumata əsasən, ölkədə təmiz su, sanitariya və gigiyena sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, eyni zamanda infeksiyaya yoluxanların müalicəsi üçün xüsusi mərkəzlər hazırlanır.

