Bavariyanın sabiq dövlət naziri və Xristian-Sosial İttifaqının (XSS) nüfuzlu siyasətçisi Peter Qauvayler hesab edir ki, "Azad Seçicilər" (Freie Wähler) ilə ittifaq mühafizəkarlara çoxluğu qaytarmağa və "Almaniya üçün Alternativ" (AfD) partiyasını sıxışdırıb çıxarmağa kömək edə bilər. O, "BILD" nəşrinə verdiyi açıqlamada: "Biz 'Azad Seçicilər'ə deməliyik: siz 'Azad Seçicilər/XSS Alyansı' adı altında çıxış edə bilərsiniz", -deyə o bildirib.
Qauvaylerin sözlərinə görə, Almaniyada "mərkəzdən sağda" olan bir çoxluq mövcuddur, lakin səslərin parçalanması səbəbindən XDU/XSS (Xristian-Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı) bloku hökuməti ASDP (Almaniya Sosial-Demokrat Partiyası) və ya "Yaşıllar"la formalaşdırmağa məcbur olur. O hesab edir ki, "Almaniya üçün Alternativ" tabu olaraq qalır, Azad Demokrat Partiyası (AsDP) isə çox zəifdir, bu səbəbdən XSS-in Bavariyadan kənarda yeni müttəfiqlərə ehtiyacı var.
Qauvaylerin fikrincə, XDU/XSS bloku "Azad Seçicilər"lə koalisiyadan yalnız qazanc əldə edərdi. "XSS etibarlı bir müttəfiq qazanacaqdı, XDU isə potensial müttəfiqlərin görünməmiş bir bazasına sahib olardı. 'Almaniya üçün Alternativ' isə mühafizəkar etiraz partiyası kimi arxa plana sıxışdırılardı", — deyə o əlavə edib.
S.ELAY
XQ

