NASA ABŞ üzərində baş verən meteorit partlayışının gücünü açıqlayıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Amerika Birləşmiş Ştatlarının (ABŞ) səmasında güclü meteorit partlayışı qeydə alınıb.

XQ xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Bildirilib ki, alov topunu xatırladan meteorit Yer atmosferinə daxil olduqdan sonra yüksək sürətlə hərəkət edərək Massaçusetsi ştatının şimal-şərqi və Nyu-Hempşirin cənub-şərqi üzərində parçalanıb.

Məlumata görə, meteoritin sürəti saatda təxminən 120 min 700 kilometr olub. Obyekt atmosferdə 64,3 kilometr yüksəklikdə partlayaraq güclü işıq saçıb. Partlayış nəticəsində yayılan enerjinin təxminən 300 ton trotil gücünə bərabər olduğu qeyd edilir.

NASA mütəxəssisləri meteoritin təbii kosmik obyekt olduğunu və hadisənin Yer üçün ciddi təhlükə yaratmadığını açıqlayıblar. Bununla belə, partlayış bir sıra bölgələrdə sakinlər tərəfindən müşahidə olunub, bəzi şəxslər səmada parlaq işıq zolağı və güclü səs eşitdiklərini bildiriblər.

Qeyd edək ki, bu cür meteoritlər Yer atmosferinə daxil olduqda yüksək temperatur və sürtünmə səbəbindən parçalanaraq “alov topu” effekti yaradır.

Dünya